Tribuna İnformasiya Agentliyi

İspaniyanı qadınlar idarə edəcək: 17 nazirdən 11-i qadındır

07 İyun
İspaniyada yeni qurulan hökümətin böyük hissəsi qadınlardan ibarətdir.
Qaynarinfo xəbər verir ki, yeni baş nazir Pedro Sançezin də daxil olduğu hökümətdə 17 nazirdən 11-i qadındır. Sosialist İşçi Partiyasının nümayəndəsi olan 46 yaşlı Sançes yeni hökümət kabinetini müəyyənləşdirərək Kral VI Felipeyə təqdim edib və bu siyahını mətbuat konfransı ilə ictimaiyyətə açıqlayıb.
Baş nazirin köməkçisi, ədliyyə naziri, müdafiə naziri, iqtisadiyyat naziri kimi vacib mövqelərdə qadınlar qərarlaşıb.
Pedro Sançezin partiyası Təmsilçilər Məclisindəki 350 yerdən sadəcə 84-ünə sahibdir və yeni hökümətin qərar qəbulunda çətinlik çəkəcəyi gözlənilir.
Qeyd edək ki, ötən günlərdə sabiq nazir Mariano Raxoy parlamentdə etibar səsverməsindən keçə bilməmiş, istefa vermək məcburiyyətində qalmışdı.