İspaniyanı Çempionlar Liqasında təmsil edəcək klublar bilindibackend

İspaniyanı Çempionlar Liqasında təmsil edəcək klublar bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İspaniyanı 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək komandalar bəlli olub.
“Atletiko” (Madrid), “Real Madrid”, “Barselona” və “Sevilya” sona 5 tur qalmış qitənin 1 nömrəli klub turnirinə vəsiqəni təmin ediblər.
Dörd klubdan başqa, La Liqanın daha bir təmsilçisi “Vilyarreal” da növbəti mövsüm ÇL-də çıxış edə bilər. Bunun üçün Unay Emerinin baş məşqçi olduğu kollektiv hazırda çıxış etdiyi Avropa Liqasının qalibi olmalıdır. “Sarı sualtı qayıq” yarımfinalda İngiltərə “Arsenal”ı ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə 73 xalla “Atletiko” başçılıq edir. Hərəyə 71 xalı olan “Barselona” və “Real Madrid” ikinci-üçüncü yerləri bölüşdürür. Kataloniya təmsilçisi rəqiblərindən 1 oyun az keçirib. “Sevilya” isə 70 xalla 4-cü sırada qərarlaşıb.