İspaniya Ukraynaya hərbi yardım göndərəcək.
Bu barədə İspaniya hökuməti müvafiq qərar qəbul edib.
Qərara əsasən, Ukraynaya hücum silahları – mindən artıq pulemyot və qumbaraatanlar, həmçinin 700 mindən artıq pulemyot və snayper patronları göndəriləcək.
Qeyd edilən yardım martın 4-də iki təyyarə vasitəsilə göndəriləcək.