Tribuna İnformasiya Agentliyi

İspaniyada da çempion bəlli oldu

30 Aprel

İspaniya milli futbol çempionatının lideri “Barselona” aprelin 29-da xal sayını 86-ya çatdırıb. Novator.az-ın məlumatına görə, bununla komanda izləyiciləri üçün əlçatmaz olaraq ölkə çempionu adını qazanıb. Bu, 1899-cu ildə yaradılmış “Barselona”nın 25-ci çempionluğudur.

Sona 3 tur qalmış “Atletiko” 75 xalla ikinci, “Real” 71 xalla üçüncüdür.

İtaliya çempionatında 35 tur arxada qalıb. Lider “Yuventus”un 88, onu təqib edən “Napoli”nin 84 xalı var.

Portuqaliya çempionatında “Portu”, Türkiyə çempionatında “Qalatasaray”, Ukrayna çempionatında “Şaxtyor”, Rusiya çempionatında “Lokomotiv” (Moskva) liderdir.

Avropanın bir neçə ölkəsində milli çempionatın qalibi erkən bəlli olub. İngiltərədə “Mançester Siti”, Fransada PSJ, Almaniyada “Bavariya”, Hollandiyada PSV, İsveçrədə “Yanq Boyz”, Yunanıstanda AEK, Şotlandiyada “Seltik”, Bolqarıstanda “Ludoqorets” qızıl medalları təmin edib.