Tribuna İnformasiya Agentliyi

İspaniya Super Kubokunda dördüncü əvəzetməyə icazə verilib

11 Avqust

İspaniya Futbol Federasiyası “Barselona” və “Sevilya” arasında keçiriləcək İspaniya Super Kuboku matçında dördüncü əvəzetməyə icazə verilib.

“Report” qurumun saytına istinadən xəbər verir ki, qarşılaşma əlavə vaxta kimi davam etsə, komandalar dördüncü əvəzetmədən istifadə edə biləcəklər. Bu qərar Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) təsdiqlədiyi qaydalardakı dəyişikliklərə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, “Barselona” – “Sevilya” matçı avqustun 13-də Bakı vaxtı ilə 00:00-da başlayacaq.