İspaniya La Liqasının bərpa tarixi açıqlandıbackend

İspaniya La Liqasının bərpa tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İspaniya La Liqasının başlayacağı tarix bəlli olub.

TİA.AZ-ın məlumatına görə, bu barədə “Marca” nəşrinə “Leqanes”in baş məşqçisi Xavyer Agirre açıqlama verib.

Agirre ölkə çempionatının iyunun 20-də bərpa olunacağını söyləyib: “Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri keçiriləcək. La Liqa sadəcə mənə rəsmi məlumat verdi. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdırdıq. Sabah toplanışa başlayacağıq”.

Qeyd edək ki, La Liqanın oyunları martın 12-də koronavirus pandemiyası üzündən dayandırılıb.