Tribuna İnformasiya Agentliyi

İsmayıllı rayonuna yeni prokuror təyin edilib

30 Noyabr

İsmayıllı rayonuna yeni prokuror təyin edilib.

“Report”un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.