İsgəndər Həmidov vəfat etdibackend

İsgəndər Həmidov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.
TİA.AZ xəbər verir ki, bu barədə səhiyyə eksperti, professor Adil Qeybulla bildirib.
O, İ.Həmidovun bu gün dünyasını dəyişdiyini xəbər verib.
Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər nazirivəzifəsində çalışıb. İ.Həmidov bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi