İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaqbackend

İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə dünyasını dəyişən sabiq daxili işlər naziri İsgəndər Həmidov bu gün torpağa tapşırılacaq.

Bu barədə Yenisabah.az-a Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı məlumat verib. Qələndər Muxtarlı deyib ki, sabiq nazirin nəşi hazırda Baku City Hospitaldadır. Onun sözlərinə görə, İsgəndər Həmidovun nəşi təxminən bir saat ərzində Göy məscidə yuyata aparılacaq.

Qələndər Muxtarlı mərhumun Sulutəpə qəbiristanlığında uyuyan həyat yoldaşı Rəna Həmidovanın yanında dəfn olunacağını bildirib.