İşğaldan azad olunmuş rayonlara müvəqqəti komendantlar təyin olundubackend

İşğaldan azad olunmuş rayonlara müvəqqəti komendantlar təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Bu barədə TİA.AZ-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.