Tribuna İnformasiya Agentliyi

İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib

04 Dekabr

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaranıb.

Minval.info xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkədə yazıb.

“İsgəndər Həmidovun səhhətində problem yaranıb və onu Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdiriblər. Ürəyində xırda problemlər var. Dostlar üzülməsin, rəqiblər sevinməsin, hər şey üzü işığa doğrudur…” – jurnalist bildirib.

İ. Həmidovun “anju” olunacağı və həkimlərin müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəyi qeyd edilir.