İşdən qovuldu, həyatı dəyişdi – Danışmadan milyonlar qazanan gəncbackend

İşdən qovuldu, həyatı dəyişdi – Danışmadan milyonlar qazanan gənc

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Çivasso şəhərində yaşayan 21 yaşlı Xabane Leymin həyatı işlədiyi zavoddan qovulduqdan sonra tamamilə dəyişib.

2020-ci il martın 15-də işdən qovulan Leym elə həmin gün özünə “TikTok” hesabı açaraq, danışmadan videolar çəkməyə başladı. Gənc adam qısa müddətdə izləyicilərinin sayını 100 milyona çatdıraraq Avropada zirvəyə yüksələ bilib.

İndi Leym “TikTok” sayəsində milyonlar qazanır. Leym videolarında qətiyyən danışmır, yalnız jest və mimikadan istifadə edir.

Çarli d’Amelio 123.6 milyon abunəçisi və ümumilikdə 9.8 milyard bəyənmə ilə ən çox izləyicisi olan “TikTok” hesabına sahibdir. Ümumi 1.6 milyard bəyənmə ilə Leymin tezliklə d’Amelionu keçəcəyi və “TikTok”da ən çox izləyicisi olan məzmun istehsalçısı olacağı təxmin edilir