İşdən çıxarılan polkovnik yeni vəzifəyə təyin olundubackend

İşdən çıxarılan polkovnik yeni vəzifəyə təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev Büroya rəis müavini təyin edilib.

Qeyd edək ki, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi general-mayor Əlaslan Ağayev ötən həftə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Hazırda rəis vəzifəsi boş olduğu üçün Muradəli Babayevin Büro rəisinin vəzifələrini icra edəcəyi gözlənilir.///qafqazinfo