İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldubackend

İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. “Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovniki Elsevər Qədirov vəzifədən azad edilərək, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik V.Eyvazovun müvafiq əmri ilə Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi Lətif Cahangirov işdən çıxarılıb.