Tribuna İnformasiya Agentliyi

İşdən çıxarılan keçmiş komitə sədrinin qızının toyuna nazirlər qatılmadı – FOTO

06 May
Xəbər verdiyimiz kimi, mayın 5-də “JW Marriott Absheron” otelində Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimovanın toyu olub.
Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nazim İbrahimov dəvət etdiyi nazirlər və daha yüksək ranqlı məmurların heç biri onun qızının toyuna qatılmayıb.
N.İbrahimov övladının toyunu yalnız eks məmurlar, şou-biznes nümayəndələrinin əhatəsində olmaqla yola verməli olub.
Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib.
PA rəhbəri qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
TİA.AZ