“İş yoldaşlarım “tiktok”dan link atırlar, girib baxıram” – Deputatbackend

“İş yoldaşlarım “tiktok”dan link atırlar, girib baxıram” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TikTokun bağlanılmasının, TikTok üçün məhdudlaşdırıcı tədbirlərin görülməsinin əleyhinəyəm. Bu, yolverilməzdir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, qeyd edib ki, hər bir sosial şəbəkə zaman keçdikcə normal mühitə çevrilir:
“Biz tarixə nəzər salsaq, feysbuk da, instaqram da Azərbaycanda populyarlıq qazananda orada da çox səviyyəsiz məlumatlar paylaşılırdı. İnsanlar feysbuka, instaqrama girirdilər ki, guya orada kiminləsə tanış olsunlar, əxlaqsızlıqla məşğul olsunlar, özləri ilə bağlı paylaşımlar etsinlər. Yəni, o platformalardan da çox səviyyəsiz bir şəkildə istifadə olunurdu. Bütün sosial şəbəkələr bu şəkildə başlayıb. Sonradan düzəliş baş verir, normal mühitə çevrilir. Bu prosesi bütün sosial şəbəkələr keçib. TikTok da yeni bir mərhələyə qədəm qoyacaq. O mərhələyə ki, səviyyəli bir sosial şəbəkəyə çevriləcək. TikTok bütün gənclər arasında, məktəb yaşlı uşaqlar arasında populyar olduğundan, hər kəs üşün video çəkib paylaşmaq daha asan olduğundan belə bir vəziyyət yaranır. Biz bunu əsas gətirib TikToku bağlasaq, onda gərək feysbuku da, instaqramı da bağlayaq. Yutubda ahıl kişilər adını bloger qoyub, adını fərqli fikir daşıyıcısı qoyub Azərbaycan xalqını da təhqir edirlər, vəzifəli şəxsləri də təhqir edirlər. Ən pis söyüşlər söyürlər. Heç onlar yutub sosial şəbəkəsindən silinmir. O cür yaramazların vurduğu ziyan TikTokda vurulan ziyandan milyon dəfələrlə çoxdur. Ümumilikdə, problem sosila şəbəkələrin tənzimlənməməsidir. Bu da insanların oraya kütləvi axını ilə bağlıdır. Hər kəsin yazdığı məzmuna görə, konkret məsuliyyəti müəyyən olunmalıdır, yazdığına görə, qanun qarşısında cavab verməlidir. Amma Tiktoku bağlamaq, məhdudlaşdırmaq doğru yol deyil”.
R.Nurullayev bildirib ki, sosial şəbəkələrdə qanun pozan şəxslər barəsində tədbirlər görülməlidir:
“İstənilən sosial şəbəkədə orada qanunu pozan paylaşımlar edən şəxslərlə bağlı müvafiq addımlar atılmalıdır. Bununla da bağlı media vasitəsilə ictimai rəy də formalaşdırılmalıdır ki, kim qanun pozuntusuna yol verəcəksə, onunla bağlı ciddi tədbir görüləcək”.
“Mən TikTokda hesab açmışam, amma mütəmadi istifadə etmirəm. Mənə dostlar, tanışlar, iş yoldaşları TikTokdan linklər atırlar, o zaman daxil olub baxıram. Amma ümumi olaraq TikToka girim, orada vaxt keçirim, bu, olmur”, deyə deputat əlavə edib.