Tribuna İnformasiya Agentliyi

İş tapmaqda sizə yardımçı olacaq uğurlu CV necə hazırlanmalıdır?

01 Dekabr
Müasir bazar iqtisadiyyatı dövründə həm iş tapmaq, həm də işçi tapmaq çox çətinləşib. Ona görə ki, işəgötürənlər bacarıqlı, ixtisaslı, mədəni və s. keyfiyyətlərə malik işçilər tələb edir, bu keyfiyyətlərə malik işaxtaranlar isə bəzən özlərinin bu keyfiyyətlərə malik olmasını göstərə bilmirlər. Bunun üçün CV (rezume) yazmaq və özünün malik olduğu keyfiyyətləri göstərmək ehtiyacı ortaya çıxır. Moderator.az olaraq iş tapmaq üçün sizə yarımçı olacaq CV yazılması qaydalarını izah edirik.
CV necə gəldi hazırlanmamalıdır. Ona hər hansı bir vəkilin öz çıxışını hazırladığı kimi, yanaşın. Əgər bu cür sənədlərin hazırlanmasında o qədər də səriştəli deyilsinizsə, kadrlar üzrə mütəxəssislərə müraciət etməniz məsləhətdir. Əgər rəhbər namizədin öz xidmətlərini satmaq iqtidarında olduğunu görürsə, bu cür işçinin firmanın istənilən məhsulunu reallaşdıra biləcəyinə inanır.
CV hazırlanmasında 8 mərhələyə fikir vermək lazımdır.
1. Təhsil. Hansı təhsil müəssisələrini bitirdiyinizi qısa və eyni zamanda ətraflı şəkildə təsvir edin. Niyə məhz bu fakültəni seçdiyinizi əsaslandıra da bilərsiniz.
2. İş təcrübəniz. Əgər bundan əvvəl haradasa işləmisinizsə, mütləq həmin iş yerlərini, tutduğunuz vəzifələri sadalayın (xronoloji ardıcıllıqla). Bu hissəyə xüsusi diqqət yetirin. Təcrübənizi normal şəkildə təsvir etdiyinizdən əmin olanadək bu hissəni bir neçə dəfə yenidən yazın.
3. Zəmanət və resenziyalar. Namizəd əvvəlki iş yerlərindən zəmanət məktubu və resenziyalar tədqim etdikdə, bu, işverənin çox xoşuna gəlir.
4. Şəkil. CV-də mütləq sizin şəkliniz olmalıdır. Nəzərə alın ki, foto yaxın  vaxtlarda, özü də peşəkar tərəfindən çəkilməlidir
5. Arzuolunan vəzifə və əməkhaqqının ölçüsü. “İstənilən işə razıyam” ifadəsindən qaçın – bu, heç də yaxşı təssürat yaratmır. İcarədar sizin heç bir ixtisasınızın olmadığını düşünə bilər.
6. İxtisasınızın əsaslandırılması. Bu vəzifəni tutmaq üçün həqiqətən də yetərincə peşəkar olduğunuzu əsaslandırın. Bu, CV-nizin ən əhəmiyyətli hissəsidir. O, haqqınızda istənilən məlumatdan daha çox danışır
7. Sınaq müddətinə razılıq. Bir çox hallarda sizə bir müddət işguzar və şəxsi keyfiyyətlərinizi müəyyənləşdirmək üçün ödənişsiz (bir həftə, bir ay, ya da bir neçə ay), ya da cüzi maaşla işləməyi təklif edəcəklər. Bu hissə çoxlarını çaş-baş salır, lakin praktika göstərir ki, bir çox hallarda mütəxəssisi sınaq müddətindən sonra daimi işə götürürlər. Əgər öz peşəkarlığınızdan əminsinizsə, sınaqdan qorxmamalısınız. Yeri gəlmişkən, sınaq müddətinə razılaşmaq işverənə sizin bu vəzifəyə ciddi kökləndiyinizdən xəbər verir. Əgər sizi sınaq müddətinə götürəcəklərsə, böyük ehtimalla sizin məqsədiniz – rəhbərliyi öz gücünüzdən əmin olduğunuza və sınaq müddətindən sonra mütləq işə götürüləcəyinizə inandığınızı anlatmaqdır.
8. Firmanın məşğul olduğu biznesin bütün incəliklərinə vardığınızı nümayiş etdirin. Bunun üçün saatlarla internetdə axtarış verməli və həmin firma, onun rəqibləri barədə mümkün olan məlumatları topalamalısınız. Siz işverənə bütün məsələlərdə səriştəli olduğunuzu göstərməlisiniz. Əgər həqiqətən də işdən baş çıxardığınıza inandıra bilsəniz, o, özü sizi işə götürməkdə maraqlı olacaq.
Unutmayın ki, ən inandırıcı CV sizə işi ala biləcəyinizə zəmanət verə bilməz. Amma onu yaddan çıxarmayın ki, qələbə sizi yalnız ona yaxşı hazırlaşdığınız təqdirdə gözləyir. Ətraflı, arqumentləşdirilmiş CV uğurun tən yarısıdır. Elə bu səbəbdən onu hazırlamağa vaxtınızı və gücünüzü əsirgəməyin. Sahibkarlar həqiqətən də ixtisaslı işçiləri işə götürməkdə maraqlıdırlar. Axı uğur birbaşa düzgün əməkdaş seçməklə əlaqəlidir. Buna görə də onlar öz tabeçiliyində olanlar barədə hər şey bilmək istəyirlər və siz özünüz haqda ətraflı məlumat verməyi bacarmalısınız. CV-nizi diqqətlə hazırlamağın daha bir səbəbi var. CV-nin peşəkar səviyyədə hazırlanması sizin çalışqan və məsuliyyətli olduğunuzu göstərəcək. Praktikada çox olub ki, ustalıqla hazırlanan CV sahibləri hətta müsahibə olmadan belə birbaşa işə götürülüblər.
Siz öz CV-nizi yazanda ona elə başlıq qoyun ki, “gözə girsin”. Məsələn: “Blank Kompani İnkorporeyted” şirkətinin müdir köməkçisi vəzifəsinə namizəd Robert Smitin peşəkar keyfiyyətləri barədə tam məlumat”. Əmin olun ki, bu cür başlıq işverənin diqqətini çəkəcək və sizin CV-nizi digərlərindən fərqləndirəcək.
Öz CV-nizi ən yaxşı halda kağızda nəşr edin. ŞəkliniziCV-nin səhifələrindən birinə yapışdırın. Onu iri bir zərfin, ən yaxşısı, gözəgəlimli qovluğun içinə qoyun. Uğurlu ticarət agentləri ilk təəssüratın əhəmiyyətini yaxşı dərk edirlər. “Üstümü unlu görüb, adımı dəyirmançı qoydular”, – bu da təmiz həqiqətdir! Sizin CV-niz sizin ticarət agentinizdir. “Ona yaxşı kostyum geyindirin”, başqa sözlə ona elə görünüş verin ki, ehtimal etdiyiniz işverəniniz bu CV-ni digərlərinin içindən seçə bilsin. Bundan başqa, özünüzü tədqim etmək bacarığınız sizin fərdiliyinizdən xəbər verir. Savadlı yazılmış və səliqəylə tərtib edilmiş CV-nin sayəsində nəzərdə tutduğunuzdan da yaxşı iş tapa bilərsiniz. Əgər siz kadr agentliyilə iş axtarırsınızsa, onların məhz sizin yazdığınız CV-dən istifadə edəcəklərinə əmin olun, ya da həmin idarənin mütəxəssisləri yuxarıdakı meyarlara cavab verən CV düzəltmiş olsunlar.
Osman Eminov
Napaleon Hill, “Think and Grow Rich”