“İRŞAD TELECOM”DAN HARINLIQ: QAZİNİ MƏHKƏMƏYƏ VERİB – FOTObackend

“İRŞAD TELECOM”DAN HARINLIQ: QAZİNİ MƏHKƏMƏYƏ VERİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli istiqamətində gedən döyüşlərdə tankda yanaraq ağır yaralanan qazimiz İsgəndərov Kənan Rövşən oğlu “İrşad Telecom” tərəfindən məhkəməyə verilib. TİA.Az xəbər verir ki, buna səbəb kredit borcu göstərilib.
Qazimizin sözlərinə görə, hazırda pensiya sənədləri təsdiqlənmədiyinə görə “İrşad Telecom”a olan kredit borcunu ödəyə bilmir. Bununla bağlıd “İrşad Telecom”a problemin nədən yarandığını da deyib.
Amma onlar qazini məhkəməyə veriblər. Deyəsən, qazimiz ona görə yanaraq sağlamlığını itirib ki, “İrşad Telecom” bu cür hədyanlar, təhdidlər yağdırsın.Qeyd edək ki, Kənan İsgəndərov “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

TİA.Az