Tribuna İnformasiya Agentliyi

İrimiqyaslı kiberhücum internet provayderlərini çökdürüb

07 Aprel

“Cisco” şəbəkə qurğularına edilmiş irimiqyaslı haker hücumu ilə əlaqədar dünyanın  bir çox internet-resursları çöküb .

Oxu.Az xəbər verir ki,  “Cisco-Talos Intelligence” tədqiqat qrupunun məlumatlarına görə, kibercinayətkarlar “Smart Install” klientində həssaslıq aşkarlayaraq, bundan öz məkrli planları üçün istifadə edib.

Söhbət,  “Cisco IOS”da həssaslığın olub olmadığını müəyyən etmək üçün ünvanları kütləvi şəkildə skan edən  və boşluq aşkarlandıqdan sonra “Cisco” qurğularını məsafəli şəkildə idarəetməyə imkan verən “botnet” hücumundan gedir

Hücum nəticəsində bir neçə iri provayder çöküb, aprelin 6-da isə “Twitter”in fəaliyyətində müvəqqəti pozuntular yaranıb.

Rusiyada kiberhücum “Komsomolskaya pravda” və “Fontanka” qəzetlərinin saytlarını çökdürüb.

Kibercinayətkarların aşkarladığı boşluğu aradan qaldırmaq üçün “Cisco” proqramçılar xüsusi patç buraxıb.