İrəvanda sahibkarlar hökumət binası qarşısında etiraz aksiyası keçiriblərbackend

İrəvanda sahibkarlar hökumət binası qarşısında etiraz aksiyası keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda sahibkarlar növbəti dəfə etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, “Petak” ticarət mərkəzinin işçiləri və iş adamları hökumət binası qarşısına toplaşaraq hakimiyyəti tənqid edən şüarlar səsləndiriblər.

Onlar “Surmalu faciəsi”, məlum partlayışdan sonra Kristafor küçəsinin bir hissəsinin nəqliyyatın hərəkətinə bağlanmasından şikayətlənirlər. “Yol bilərəkdən, xüsusi səbəblərdən bağlanıb. Bazara gəlmək istəyənlər indi “İrəvan” yarmarkasına gedirlər”, – ticarətçilər gileyləniblər.