İRƏVAN ERMƏNİSİNDƏN ŞOK ETİRAF: AZƏRBAYCAN BİZƏ PİSLİK ETMƏYİB, QARABAĞ AZƏRBAYCANDIRbackend

İRƏVAN ERMƏNİSİNDƏN ŞOK ETİRAF: AZƏRBAYCAN BİZƏ PİSLİK ETMƏYİB, QARABAĞ AZƏRBAYCANDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan sakini Karen Xaçatryan Ermənistanın “milli qəhrəmanı” Leonid Azqaldiyanın heykəlini murdarlayaraq, burnunu sındırıb. TİA.Az bildirir ki, o, ardınca “Hraparak” qəzetinin redaksiyasına gələrək açıqlama verib: “Leonid Azqaldiyanın heykəlini zədələdim, burnunu sındırdım. Yaxşı eləmişəm. Çünki xalqımız o və onun kimilərin ucbatından bu günlərə qalıb. İstər 2020-ci ildə, istərsə də ondan əvvəl, yəni 30 ildə ondan daha çox şey qurban vermişik. Bütün günahkarlar 1988-ci ildə Leonid Azqaldiyan başda olmaqla meydana gələn insanlardır. 90-cı illərdə qonşu dövlətə qarşı mənasız quldur hücumu təşkil olundu. 30 ildir onların torpaqlarını işğal etmişdik, indi cavabını veririk. Mən ədalətin tərəfdarıyam, ədalətli olanları müdafiə edirəm. Üstəlik, demək istəyirəm ki, erməni milləti hələ də o vətənin xaini Azqaldiyanın ucbatından əziyyət çəkir”.


Erməni sakini bildirib ki, Azərbaycan bizimlə nə düşməndir, nə də bizə pislik edib: “Amma biz onların torpaqlarını işğal etmişik. Bizim torpaqları işğal ediblər? Bizi kütləvi şəkildə qətl etdilər? Onlar bizə nə ediblər, axı? Erməni millətinin satqınları Azərbaycanın torpaqlarını işğal edib, bizi məhv etdilər. Mən deyəndə ki, Qarabağ Azərbaycana məxsusdur, dərhal qəzəblənirlər. Bəli, Qarabağ Azərbaycana məxsusdur”.

TİA.Az