İraqda türk əsgərlərinin başına çuval keçirən, Səddamı yaxalayan Amerika generalı öldübackend

İraqda türk əsgərlərinin başına çuval keçirən, Səddamı yaxalayan Amerika generalı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İraq müharibəsinin aparıcı generallarından biri, Quru Qoşunlarının keçmiş komandanı Raymond Odierno 67 yaşında xərçəngdən ölüb. 

Virtualaz.org xəbər verir ki, onun ölümünə türk mediası geniş yer verir, belə ki, general Odierno 2003-cü ildə İraqın şimalında Türkiyə əsgərlərinin başlarına çuval keçirərək onları əsir alan 4-cü mexanikləşdirilmiş briqadanın komandiri olub. O vaxtdan bəri türk ictimaiyyəti Odiernonu “çuvalçı general” adlandırırdı. İraqda türk əsgərlərinin ABŞ ordusu əsgərləri tərəfindən tutulması və başlarına çuval keçirilməsi Türkiyə ilə Birləşmiş Ştatlar arasında ciddi gərginliyə səbəb olmuşdu. Bu həmin vaxtlar idi ki, Türkiyə parlamenti ABŞ qoşunlarının İraqa müdaxilə üçün Türkiyə ərazisindən istifadəsini nəzərdə tutan qətnamə layihəsinə səs verməmişdi və nəticədə Vaşinqton bundan qəzəbli idi.

“Anadolu” agentliyi bildirir ki, general Odierno İraqda üç dəfə ayrı-ayrı statuslarda xidmət edib. Onun başçılıq etdiyi briqada iraqlılara qarşı xüsusi qəddarlığı ilə seçilirdi, Odiernonun əsgərləri dinc sakinləri evlərindən zorla çıxararaq küçədə sürüyür, onları döyür və həbs olunanları Əbu-Qureyb həbsxanasına doldururdu. Həmin həbsxana işgəncələrlə ad çıxarıb.

General Odierno keçmiş İraq diktatoru Səddam Hüseynin yaxalanması əməliyyatına da rəhbərlik edənlərdən biridir. Səddamın yaxalanmasını o belə açıqlamışdı: “Tərpənə bilməyəcəyi çuxurun içindəydi. Siçan kimi yaxalandı…”

General Odierno sonradan daha yuxarı vəzifələrə təyin olunub, o cümlədən Quru Qoşunlarına komandanlıq edib.