Tribuna İnformasiya Agentliyi

İraqda nazir olmaq istəyənlərin CV göndərməsi tələb olunur

09 Oktyabr

İraqda yeni hökuməti quracaq Adel Abdel Mehdi nazir olmaq istəyənlər üçün internetlə namizədlik müraciətinin açıldığını bildirib.

TİA.AZ bildirir ki, Adel Abdel Mehdi konstitusiyada nazirlər kabinetində yer almaq istəyən hər kəsi özü haqqında elektron məlumat göndərməsini istəyib.

Müraciətlər cümə axşamı gününə qədər qəbul olunacaq.

Xatırladaq ki, Prezident Bərham Saleh Adel Abdel Mehdi ilə görüşündə yeni hökumətin qurulması barədə tapşırıq verib.