Tribuna İnformasiya Agentliyi

İraqda azərbaycanlı qadınları edam edəcəklər

17 Aprel
İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatına qoşulan üç azərbaycanlı qadın barəsində ölüm hökmü çıxarıb.
Bu barədə İraqın “Al-Sumaria” telekanalı İraqın Ali Məhkəmə Şurasının bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, bir fransız və iki rusiyalı qadın ömürlük həbs cəzasına, üç azərbaycanlı və bir qırğız qadın isə ölüm cəzasına məhkum edilib. (oxu.az)