Tribuna İnformasiya Agentliyi

İraq vətəndaşı barda azərbaycanlı qızlarla görüşdü və… – Bakıda QORXUNC OLAY

26 İyun

Bakıda quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu il yanvarın 13-də paytaxtda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb.

Daha sonra tərəflərlər arasında narazılıq yaranıb və Cumaah Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək onun 400 manat pulunu ələ keçiriblər.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakinləri Anar Kərimov, Elvira Ələsgərova, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Abdullayev 11 il, Nurlan Məmmədov 9 il, Kamran Vahabov 9 il, Elvira Ələsgərova 4 il, Çinarə Bəhlulzadə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların ağır olduğunu, işlərinə ədalətli baxılmasını istəyiblər.

Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.