İranlı diplomat Belçikada 20 il həbs aldı: Bir terrorun tarixçəsibackend

İranlı diplomat Belçikada 20 il həbs aldı: Bir terrorun tarixçəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belçika məhkəməsi İran diplomatını 2018-ci ildə qarşısı alınan partlayış hazırlamaqda günahkar hesab edərək 20 il həbs cəzasına məhkum edib.
TİA.AZ xəbər verir ki, Belçika prokurorluğu və mülki partiyalar cümə axşamı günü Vyanada diplomat Əsədulla Əsədinin 2018-ci il iyununda İran Milli Müqavimət Şurasının (NCRI) mitinqini partlatmaq cəhdinə görə terrorizmdə günahkar olduğunu elan edib. Terrorun qarşısı Almaniya, Fransa və Belçika polisi tərəfindən dayandırılıb.
Cümə axşamı məhkəmə Əsədi 20 il həbs cəzasına məhkum edib. Bu, 1979-cu il İran inqilabından bəri Avropada terror şübhəsiylə bir İran rəsmisinə qarşı ilk məhkəmədir.
Qeyd edək ki, hazırda 49 yaşı olan Əsədi İranın Avstriyadakı nümayəndəliyinə ezamiyyətə göndərilib. İstintaqın təsbit etdiyinə görə, o, planlaşdırılan hücum üçün partlayıcı maddələr təmin edib. Onu diplomatik toxunulmazlığı olmayan Almaniyada həbs ediblər.
Onun üç ortağı həbs cəzasına məhkum edilərək Belçika vətəndaşlığından məhrum olunub.
Belçikalı-iranlı ər-arvad – 36 yaşlı Nəsimə Naami və 40 yaşlı Əmir Səduni Əsədidən bir kilo TATP partlayıcı və bir detonator alıblar.
Naami 18 il, Səduni 15 il həbs cəzasına məhkum edilib. Belçikada yaşayan İran şairi Mehrdad Arifani – Əsədinin ortağı isə 17 il həbsə göndərilib.