İranla Azərbaycan müharibə edə bilərmi? – RƏYLƏRbackend

İranla Azərbaycan müharibə edə bilərmi? – RƏYLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Iranla Azərbaycan arasında yaşanan son gərginliklərin hərbi müstəviyə keçəcəyini düşünənlər az deyil. Xarici ekspertlərin bu mövzuda yanaşmalarında fərq olsa da, ümumi qənaət budur ki, müharibənin olmasında kənar qüvvələr daha çox maraqlıdır. Elə bu səbəbdəndir ki, JAMAZ.İNFO olaraq son günlər geniş müzakirə mövzusuna çevrilmiş hadisələrlə daha üç maraqlı yanaşmanı təqdim edirik.

Pavel Felgenhauer: “Azərbaycanın İrana daha dəqiq cavab zərbələri endirə bilər”

“İsrail dəfələrlə İranın nüvə bombası yaratmasına icazə verməyəcəyini söyləyib. Buna görə də münaqişə İsrailin İrana qarşı raket zərbələri və hətta bütöv bir hərbi əməliyyat başlatması ilə başlaya bilər”. Bunu hərbi ekspert Pavel Felgenhauer deyib.

Onun iddiasına görə, bu hücumlarda Azərbaycanda yerləşən İsrail hərbi missiyası əlaqələndirici rol oynayacaq. “Və sonra münaqişə Zaqafqaziyaya yayılacaq. Beləliklə, İranla Azərbaycan arasında raket və artilleriya atəşinə çevrilən qarşıdurmalar başlaya bilər”.

Felgenhauer deyir ki, İran, əlbəttə ki, potensial olaraq Azərbaycandan güclüdür. “Tehranın daha çox sayda silahlı qüvvəsi var. İranlılar çoxlu əməliyyat-taktiki raketlərdən istifadə edə bilərlər. Döyüş aviasiyası “olduqca zəifdir”, lakin “Kamikadze” pilotsuz təyyarələri var. Nəzəri olaraq, iranlılar hətta Azərbaycan ərazisinə hücum da edə bilərlər. Çünki İslam Respublikasının güclü silahlı qüvvələri, kifayət qədər tankları mövcuddur”.

Hərbi ekspert qeyd edir ki, bundan əlavə, İranın Xəzərdə kiçik bir hərbi donanması da mövcuddur. “Amma Azərbaycana qarşı Allah bilir, nəyi və necə istifadə olunacaq. Bununla belə, texnoloji baxımdan İran bir çox komponentlərdə geridədir. Bu da Azərbaycanın daha dəqiq cavab zərbələri endirə biləcəyi deməkdir. İlk növbədə, Bakı buna cavab olaraq raket və artilleriyadan istifadə etməyə başlayacaq. Amma azərbaycanlıların aviasiya gücü də naməlumdur. Əsasən modernləşdirilmiş MiQ -ləri var”.

Onun sözlərinə görə, İran Ermənistana silah tədarük edəcək və bu da öz tərəfində münaqişəyə qarışacaq. “Türkiyə də öz növbəsində ABŞ -ın kömək edəcəyi fonunda dərhal Azərbaycanın tərəfini tutacaq. Rusiya da münaqişəyə cəlb olunacaq, çünki indi sərhədçilərimiz Ermənistanla Azərbaycan arasında dayanır ”.

Felgenhauer daha sonra qeyd edib ki, ekspertlər yalnız təzyiqdən danışır, lakin hərbi əməliyyatlara hazırlaşmaqdan danışmırlar. “İran yalnız Bakının Ermənistanla müharibə hazırlamasında kömək edən, müasir müharibə taktikalarını öyrədən israilli mütəxəssislərin Azərbaycandan çıxarılmasını istəyir”.

Konstantin Sivkov: “İran-Azərbaycan müharibəsi ABŞ üçün bayram deməkdir”

Digər hərbi ekspert Konstantin Sivkov isə hesab edir ki, İranla Türkiyə-Azərbaycan ittifaqı arasında münaqişə təhlükəsi çox böyükdür. Onun sözlərinə görə, SSRİ -nin dağılmasından sonra İranın hakim dairələri, Rusiya İmperiyası ilə İran arasında Türkmançay sülh müqaviləsinə əsasən, Rusiyanın yurisdiksiyasına daxil olan Azərbaycan ərazilərini, xüsusən də Naxçıvanla bağlı mütəmadi olaraq geri qaytarılmasını bəyan edirlər. “O vaxt belə bir Azərbaycan yox idi. İndi Rusiya İmperiyası yoxdur. Buna görə də Tehran hesab edir ki, müqavilə öz qüvvəsini itirib. Bununla da Naxçıvan və bütün Şimali Azərbaycanın yenidən İrana məxsus olduğunu bildirir”.

Sivkov onu da xatırladıb ki, İranda Azərbaycanın özündən üç dəfə çox azərbaycanlı yaşayır. Ona görə də, Tehran bu torpaqlara daha çox haqq etdiyini dilə gətirir. “Bu müharibə ABŞ üçün bayram deməkdir. Böyük ehtimalla Türkiyəyə dəstək verəcəklər. Türkiyəni sevdikləri üçün yox, İranı sevmədikləri üçün. Bir tərəfdən Rusiyanın belə bir müharibəyə ehtiyacı yoxdur. Digər tərəfdən, incə bir yanaşma ilə Moskva tərəfləri barışdıra və beynəlxalq aləmdə sülhməramlı statusunu gücləndirə bilər”.

Vladimir Sajin: “Qarabağ müharibəsi İranın Qafqazdan qovulması deməkdir”

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin isə deyir ki, İran Azərbaycanla təkbətək mübarizə aparmayacaq. “Çünki NATO ölkəsi olan Türkiyə köməyə gələcək. Amma İran Türkiyənin Cənubi Qafqazda təsirinin güclənməsindən həqiqətən narahatdır. SSRİ -nin dağılmasından sonra baş verməmiş keçmiş Sovet sərhəddində ilk dəfə təlimlər keçirməsinin səbəbi budur. Gözlənildiyi kimi, Ermənistan ərazisi daxilində İranla sərhəd boyunca tezliklə malların və yüklərin gedəcəyi “Zəngəzur Dəhlizi” tikiləcək ki, bu da türklərin Qafqazdakı mövqelərini daha da gücləndirəcək. Yəni, Bakı da Naxçıvanla birləşəcək, Türkiyə isə Xəzər dənizinə və daha sonra demək olar ki, türkdilli olan Orta Asiya respublikalarına çıxış əldə edəcək. Yəni Böyük Turan yaradılır”.

Sijin onu da vurğulayır ki, bir zamanlar demək olar ki, bütün Qafqaz indiki İranın ərazisinə aid idi. “Lakin son Qarabağ müharibəsinin nəticəsi İranın Cənubi Qafqazdan qovulması deməkdir”.