İranın yeni prezidenti Paşinyanla görüşdübackend

İranın yeni prezidenti Paşinyanla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın Baş naziri İrana işgüzar səfər edib. 
Qaynarinfo xəbər verir ki, Nikol Paşinyan Tehranda baş tutacaq rəsmi andiçmə mərasimindən əvvəl İranın yeni prezidenti İbrahim Rəisi ilə görüşüb.
Söhbət zamanı İbrahim Rəisi bölgədə sülhün və sabitliyin dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb: “Birlikdə çalışaraq iki ölkənin və xalqın maraqları naminə böyük addımlar atacağıq”.
Yeni prezident iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsini zəruri olduğunu bildirib. “Birgə layihələri ən qısa zamanda tamamlamağa qərarlıyıq”.
İranın 13-cü prezidenti bölgədə davamlı sülh və təhlükəsizlik üçün hərtərəfli səylərin vacibliyini vurğulayıb: “Biz münaqişə və gərginliyi heç kimin xeyrinə hesab etmirik və ölkələr arasında sülhün, sabitliyin dərinləşməsi naminə heç bir köməyi əsirgəməyəcəyik”.
Baş naziri Nikol Paşinyan İrəvan və Tehran arasında münasibətləri qarşılıqlı maraqlar istiqamətində inkişaf etdirmək və gücləndirmək üçün Ermənistanın yüksək hazırlıq səviyyəsinə malik olduğunu qeyd edib.