İRANIN BAKIDAKI SƏFİRİNDƏN İKİBAŞLI ZƏNGƏZUR ŞƏRHİ – TEHRANIN MANİPULYASİYASI…backend

İRANIN BAKIDAKI SƏFİRİNDƏN İKİBAŞLI ZƏNGƏZUR ŞƏRHİ – TEHRANIN MANİPULYASİYASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycandakı səfiri Musəvi Zəngəzur dəhlizinin əleyhinə olmadıqlarıqlarını deyib. Siyasi şərhçi Asif Nərimanlı bununla bağlı TİA.Az-a bildirib ki, iranlı səfir dərhal da fikirlərinə əlavə edib. “İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur, bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır.

Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik”.

Yəni İran Zəngəzur dəhlizinə “qarşı çıxmır”, amma ehtiyac da görmür və bunu “Azərbaycanın İran vasitəsilə Naxçıvana 30 ildir çıxışının olması” ilə əsaslandırır”.

TİA.Az