Tribuna İnformasiya Agentliyi

İrandan Türkiyəyə dəstək

11 Avqust
İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın Türkiyədən idxal edilən polad və alüminiuma tətbiq etdiyi əlavə gömrük vergisinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Zərif ABŞ prezidenti Donald Trampın NATO üzvü olan Türkiyənin iqtisadiyyatını hədəf alan addımlarını böyük həvəslə qəbul etməsini “utandırıcı” adlandırıb və ABŞ-ı sanksiya və zorakılıqları dayandırmağa çağırıb.
Qeyd edək ki, ötən gün ABŞ Türkiyədən idxal edilən polada 50%, alüminiuma isə 20% vergi tətbiq ediləcəyini açıqlayıb.