İRANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR… – Aksiyaların miqyası böyüyür, ölənlər artır… + VİDEOLARbackend

İRANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR… – Aksiyaların miqyası böyüyür, ölənlər artır… + VİDEOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Məhsa Əmininin ölümünə görə Tehran Universitetinin tələbələri də ayağa qalxıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, onlar aksiyada İran hökumətinin rəhbərinə qarşı “ölüm olsun diktatora” şüarı səsləndiriblər.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkə boyu geniş etiraz aksiyaları başlayıb.

***

Tehranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan gərginlik hələ də davam etməkdədir.  Məhsanın ölümü İran xalqını ayağa qaldırıb. Tehran aksiyaları yatırmaq üçün represiyalara 

Sosial şəbəkələrdə yayılan paylaşımlara görə, 2 gündür ölkənin bir çox şəhərində onlarla universitet tələbəsi həbs edilib. İran Tələbə Şuralarının Teleqram kanalının məlumatına görə, Tehran Universitetində saxlanılan tələbələrin sayı 30-a çatıb. Digər tərəfdən axşam saatlarından etibarən internet məhdudlaşdırılaraq sosial mediaya giriş tamamilə bağlanıb.

İran hakimiyyəti nümayişlər zamanı insan tələfatı ilə bağlı dəqiq məlumat verməsə də, dövlət televiziyasının xəbərlərində qeyri-rəsmi rəqəmlərə görə, təhlükəsizlik qüvvələri də daxil olmaqla, indiyədək 40-a yaxın insanınhəyatını itirdiyi bildirilib. Xəbərdə ölənlərin dəqiq sayının rəsmi orqanlar tərəfindən açıqlanacağı qeyd edilib.

İran prezidenti İbrahim Rəisi hər zaman xalqın səsinə qulaq verdiyini ifadə edərək, “Düşmənlər ölkəmizdə xaos yaratmaq istəyirlər. Xalqımızın tələb və etirazlarını eşidirik, amma heç kimin xaos yükünün altına girməsinə imkan verməyəcəyik”, -deyə bildirib.

Buna baxmayaraq nümayişlər ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə yayılıb.