Tribuna İnformasiya Agentliyi

İranda terror aktı nəticəsində ölənlərin sayı 41-ə çatıb

14 Fevral

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun (İİKK) hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.

“Ölənlərin sayı İİKK üzvləri və dinc sakinlər də daxil olmaqla 41-ə çatıb”, – deyə məlumatda bildirilir.


***21:04

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun hərbçilərini daşıyan avtobus partladılıb.

Terror aktı nəticəsində 20 hərbçi həyatını itirib, daha 20-si yaralanıb.

“Ceyş əd-Ədl” terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.