Tribuna İnformasiya Agentliyi

İranda terror aktı baş verdi: 3 nəfər həlak oldu-VİDEO

06 Dekabr

Bir neçə dəqiqə öncə İranın Çabəhar şəhərinin Şəhid Rigi bulvarında partlayış baş verib. Bu barədə İranın Xəbər Televiziyası xəbər yayıb.

İlkin məlumatlara görə, terror aktı nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılar arasında qadın və uşaqlar da var.

Partlayıcı qurğu avtomobildə yerləşdirilibmiş. Şahidlərin sözlərinə görə, atışma səsləri də eşidilib.

Çabəhar rayonunun qubernatoru Rəhmdel Bamri deyib ki, hadisə rayonun hüquq-mühafizə orqanları idarəsinin qarşısında baş verib. Polisin müdaxiləsi ilə avtomobili idarənin həyətinə sala bilməyən kamikadze avtomobili partladıb.