“İranda Putinlə sol əllə görüşüblər və kondinsionerin altında oturdublar…” – Siyasi şərhçibackend

“İranda Putinlə sol əllə görüşüblər və kondinsionerin altında oturdublar…” – Siyasi şərhçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin İran səfəri dünyaya nümayiş etdirdi ki, ona hörmət etmirlər. Türkiyə və İranın liderləri bunu açıq şəkildə təsdiqlədilər.

Bu barədə beynəlxalq məsələlər üzrə siyasi şərhçi və jurnalist İvan Yakovina FREEDOM kanalının efirindən bəyan edib.

Putinin, Ərdoğanın və Xameneinin İranda bu yaxınlardakı görüşünü şərh edərkən jurnalist qeyd edib ki, hər şeydən artıq mübahisəli fikir Türkiyə liderinin iştirakı ətrafında səslənir. Onun əminliyinə görə, Ərdoğan Türkiyənin mövqeyini gücləndirməyə cəhd edir və bu, ona müvəffəq olur.

 

Yakovina əmindir ki, Türkiyə Prezidenti məqsədli şəkildə Rusiya Federasiyasına münasibətdə loyal sanksiya siyasəti yaradıb, həm də digər əlaqələr yaradır, xüsusilə mülki aviasiya və turizm sahələrində. Amma Ərdoğan Putinə hörmətsizliyi dəqiq nümayiş etdirdi və onunla görüşə gecikdi. «Hamı gördü, Ərdoğan nümayiş etdirdi ki, Putinə hörmət etmir. O, Putinlə görüşə gecikdi. Putin gözlədi, dodaqlarını dişləyərək dayandı, Ərdoğanı gözlədi. Ərdoğan isə belə «lovğalıqla» görsəndi, Putinin kürəyinə vurdu – hansısa «salaqa» ilə olduğu kimi.

Böyük ayətulla Əli Xamenei də Putinə hörmət etmir. O, Putinlə sol əllə görüşdü, bu, o deməkdir ki… İslamda sol əllə hər cür natəmiz işlərin görüldüyü qəbul olunur… Bax o, Putinlə sol əllə görüşdü, onu kondinsionerin altında oturtdu, görünür kondinsioner tam güclə işə salınmamışdı və ya köhnə idi. Ümumiyyətlə, Putin indi xəstələnib, amma bundan əvvəl öskürüb və asqırıb» – Yakovina danışıb.