İranda məktəbli qızlar Xomeyninin şəkillərinə hücum ediblərbackend

İranda məktəbli qızlar Xomeyninin şəkillərinə hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranlı məktəbli qızlar hicablarını çıxararaq Xomeyninin şəkillərini cırıblar.
 İranda Məhsa Əmininin etirazları orta məktəblərdə də yaşanıb.

Belə ki, İranın paytaxtı Tehranda başlayan və bütün ölkəyə yayılan etirazlara orta məktəbli qızlar da qatılıb. Dərsləri boykot edən tələbələr hicablarını çıxararaq etiraz olaraq “Diktatora ölüm” şüarları səsləndiriblər.
Kerac şəhərindəki orta məktəbdə dərsləri boykot edən tələbələr İranın keçmiş ali dini lideri Ayətullah Xomeyni və hazırkı ali dini lider Ayətullah Xameneinin sinif otaqlarında asılmış şəkillərini cırıb, yerinə “Qadınlar, Həyat, Azadlıq” yazısını asıblar. Bununla yanaşı, sosial şəbəkələrdə paylaşılan görüntülərdə tələbə qızlar hicablarını çıxararaq “Mollalar yox olmalıdır” şüarları səsləndiriblər.
Etirazlarını məktəb bağçasında davam etdirən tələbələr Xamenei və Xomeyninin fotoşəkillərini cırıb, təhsil işçisini zorla məktəbdən qovublar.