İranda daha 85 nəfər koronavirusun qurbanı olub.
“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 514nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 289 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 11 326 nəfərə çatıb.
K.Cahanpur həmçinin 3 529 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.