İranda epilyasiya və dırnaq qaynağı qadağan edildibackend

İranda epilyasiya və dırnaq qaynağı qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranın Məşhəd şəhərindəki qadın gözəllik salonlarında dırnaq qaynağı, bədənin gizli yerlərinə tatular vurdurulması və epilyasiya qadağan edilib.
Göstəriş İranın Yaxşı İşlərə Dəvət Etmə və Pis İşlərdən Çəkindirmə Qərargahının əmri ilə və epilyasiyanın “böyük günah” hesab edilməsi səbəbilə verilib.
Buna baxmayaraq, bəzi qadın gözəllik salonlarının qadağan olunmuş xidmətləri davam etdirməsi barədə məlumatlar yayılıb. Bəzi mənbələr qadağanın Məşhədlə məhdudlaşmadığını, digər əyalət və şəhərlərdə də oxşar xəbərdarlıqların edildiyini bildiriblər.
///bizim.media