İranda 10 mərtəbəli bina çökübbackend

İranda 10 mərtəbəli bina çöküb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 nəfər ölüb, 21 nəfər yaralanıb

Bu gün İranın Abadan şəhərinin mərkəzində yerləşən 10 mərtəbəli bina çöküb. AYNA xarici mediaya istinadən bildirir ki, binanın çökməsi nəticəsində 3 nəfər dağıntılar altında qalaraq ölüb. Yaralanan 21 nəfər isə təcili olaraq xəstəxanaya çatdırılıb.

Dağıntılar altında qalaraq ölənlərin sayının artacağı ehtimalı çoxdur. Hadisə yerinə gələn xilasedicilər xüsusi təlim görmüş itlərlə dağıntıların altında qalanları axtarırlar.

Binanın çökməsi yaxılıqda yerləşən yaşayış evlərinə də ziyan vurub. Bir sıra evlərin divarları uçub və pəncərələrin şüşəsi sınıb.

Abadan şəhərinin prokuroru “Metropolis” adlanan binanın sahibinin həbs edildiyini bildirib. Hüquq-mühafizə orqanları binanın çökmə səbəbini müəyyən edirlər. Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq başlayıb.