“İran vətəndaşları Gümrüyə axışır, Rusiyaya qarşı təxribatlar ola bilər” – Hərbi ekspertbackend

“İran vətəndaşları Gümrüyə axışır, Rusiyaya qarşı təxribatlar ola bilər” – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistanın Gümrü şəhərində İran vətəndaşlarının intensiv şəkildə evləri kirayəyə götürülməsi halları müşahidə edilir”.
Qaynarinfo xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, İran xüsusi xidmət orqanlarının əməliyyatçıları Rusiya hərbçilərinə xidmət edən erməni qadınlarından cəsusluq aləti kimi istifadə edirlər:
“İran vətəndaşlarının Gümrüyə xüsusi marağının səbəbini araşdırmağa çalışdım. Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, onların bir qismi Rusiyaya qarşı cəsusluq ilə məşğuldular. Həmin evlərdən Rusiyanın 102-ci hərbi bazasi istiqamətindəki yol rahat müşahidə edilir. Odur ki, bu evlərdə yaşayan İran vətəndaşları Rusiya bazasına gətirilən və ya oradan çıxarılan maddi vəsaitləri izləyərək qeydə almaq imkanına malik olduqları şübhəsizdir. Eyni mənbədən aldığım məlumata görə, İran xüsusi xidmət orqanlarının əməliyyatçıları Rusiya hərbçilərinə xidmət edən erməni qadınlarından cəsusluq aləti kimi istifadə edirlər. Qısamüddətli maraq kəsişmələrinə baxmayaraq, İran Rusiyanı Qafqazda öz strateji rəqibi kimi görür. İranın xüsusi xidmətlərin Gümrüdə fəallığı sistematik şəkildə həyata keçirilir və istisna olunmur ki, həmin qruplar tərəfindən yaxın zamanda Rusiyaya qarşı təxribatlar törədilə bilər”.