“İran üzərindən uçuşlar təhlükəlidir” – XƏBƏRDARLIQbackend

“İran üzərindən uçuşlar təhlükəlidir” – XƏBƏRDARLIQ

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) mülki təyyarənin düşmən hava nəqliyyatı ilə səhv salınma ehtimalı və bunun hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilməsinə səbəb ola biləcəyi ilə əlaqədar İranın hava məkanında uçmağın təhlükəli olması barədə xəbərdarlıq edib. TİA.AZ TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat agentliyin saytında dərc olunub.

“Təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlər baxımından və mülki aviasiya orqanları ilə hərbi əməliyyat komandirləri arasındakı əlaqənin zəif olması səbəbindən mülki təyyarələrin səhv tanınması riski var. İranın qabaqcıl hava hücumundan müdafiə sistemləri olduğundan və bunun mülki aviasiya üçün riskli olması səbəbindən ehtiyatlı davranmaq tövsiyə olunur”, – EASA-nın məlumatında deyilir.

Bu tövsiyə 2021-ci il yanvarın 16-dək qüvvədədir.

Qeyd edək ki, EASA-nın bu xəbərdarlığı iyulun 11-də İranın Mülki Aviasiya Təşkilatının “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması ilə əlaqədar istintaqa həsr olunmuş əlavə hesabat dərc etməsi fonunda edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki