“İran Rusiyaya PUA göndərə bilər”backend

“İran Rusiyaya PUA göndərə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran hakimiyyəti “Su-35″ qırıcıları müqabilində Rusiyaya PUA-ların ilk partiyasını göndərə bilər”.

Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

“Analitiklərin bildirdiyinə görə, Tehran öz mütəxəssislərini PUA-ların istifadəsi ilə bağlı təlim keçmək üçün Rusiyaya göndərib. Əgər bu doğrudursa, Rusiyanın “Su-35” təyyarələrinin qarşılığında İrana PUA-lar verilə bilər. Bunun tərəflər arasında iyulun 26-da imzalanmış sazişin bir komponenti olması mümkündür”, – məlumatda qeyd olunub.