İRAN OD İÇİNDƏ: MOLLA REJİMİ DEVRİLƏCƏKMİ? – ŞƏRHbackend

İRAN OD İÇİNDƏ: MOLLA REJİMİ DEVRİLƏCƏKMİ? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran rejimi etirazları qan gölündə boğmağa çalışır. Onlar üçün repressiya və cəza maşınını işə salmaq adi haldır. O baxımdan aksiyalar daha da şiddətli xarakter alacaq. Ola bilsin ki, molla-fars rejimi demontaj olmayacaq, amma ən azı teokratik sistemin çöküşünün təməli qoyuldu və laxladıldı”. Bu fikirləri TİA. Az-la Türkiyədə fəaliyyət göstərən siyasi analitik Ramiyə Məmmədova İranda gənc qız Məhsa Əminin əxlaq polisində ölməsinə qəzəblənmiş xalqın etirazları ilə bağlı bölüşüb.

Siyasi ekspert hesab edir ki, etirazlarda islam inqilabının rəhbəri Xomeyni, hazırkı ali dini lideri Xameneyi əleyhinə şüarlar səslənirsə, o cümlədən islam inqilabi nəzəriyyəçisi Mütəhərrinin heykəli yandırılırsa, qadınlar hicabını açıb yandırır, saçlarını kəsirsə, ən azı molla rejiminin sonu üçün bir təməl qoyuldu: “Xalq, xüsusən gənclik belə yaşamaq istəmir. İran gəncliyi müasir düşünür, molla rejimini qəbul etmir, daha belə qadağalara, diktaturaya dözmək fikri yoxdur. Yəni Məhsa Əminin ölümü səbəb oldu, əslində çoxdan yığılmış qəzəb fontan vurmaqdadır. Ola bilsin ki, inqilab baş verməyəcək, amma rejimin sütunları dağıdılır. Qərb də bundan məmnundur”.

TİA. Az