Tribuna İnformasiya Agentliyi

İran nüvə müqaviləsindən yalnız bu şərtlə çıxmayacaq

15 Sentyabr

İran bağladığı nüvə proqramına maraqlarına cavab verdiyi müddət ərzində sadiq qalacaq. ABŞ-ın müqavilədən çıxmasından sonra müqavilənin saxlanılması şərti neftdən gələn gəlirlərdir.

Sfera.az xəbər verir ki, bu barədə “Spiegel” nəşrinə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıb.

“Bu müqavilə sevgi fırıldağı deyildi, ağıllı kompromis idi. İran maraqlarına cavab verdiyi müddətdə müqaviləyə əməl etməyə davam edəcək. Bizim üçün prioritet məsələ İranın bundan sonra da məqbul həcmdə neftini sata bilməsi və pulu İrana köçürməsidir” – Zərif belə deyib.

Zərif ölkəsinin sərmayə qoyuluşu, elm, texnologiya, ticarətdə əməkdaşlığa səy göstərdiyini bildirib lakin nüvə müqaviləsinin effektliyinin göstəricisi əvvəlki kimi neft və banklardır.

“Avropalılar və digər tərəflər ABŞ-ın sanksiyalarının təsirinin kompensasiyası üzərində işləməlidirlər. Bunlar ciddi öhdəliklər idi. İndi onlar reallaşdırılmalıdır. Avropanın bunun İran üçün yox, öz suverenliyi və uzunmüddətli iqtisadi maraqları üçün etməsi həlledici əhəmiyyətə malikdir” – Zərif belə deyib.