Tribuna İnformasiya Agentliyi

“İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar”

16 İyul

İranın Hörmüz boğazını bağlaması bu ölkənin əsas regional rəqibləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ziyan vurar, amma inanmıram ki, İran bu addımı atmağa hazırdır

Yaxın Şərq üzrə argentinalı ekspert Paulo Botta deyib.
Xatırladaq ki, rəsmi Tehran Neft İxrac Edən Ölkələr Bilriyinin (OPEC) ötən ay Vyanada (Avstriya) keçirilmiş sonuncu iclasında Hörmüz boğazını bağlayacağına dair bəyanat verib.
“İran geosiyasət, əhali və neft-qaz resurslarına görə regional güc olsa da, hərbi texnologiyalar baxımından böyük imkanlara sahib deyil. Amma Hörmüz boğazını bağlamaq, bununla bağlı təhdidlərlə çıxış etmək üçün son texnologiyalara ehtiyac yoxdur. Belə təhdid İran-İraq müharibəsi zamanı da səslənirdi, ona görə yeni deyil. Amma bu, baş versə, nəticələr təkcə qlobal bazarlar üçün deyil, əsasən də regional oyunçular üçün faciəvi ola bilər”, – deyə ekspert bildirib.
REKLAM
facebook.com
Daha ətraflı
Native Video by Adributor
P.Botta onu da əlavə edib ki, İranın əsas neft ixracı Hörmüz boğazından həyata keçirilir və boğaz bağlansa bu ölkənin maliyyə-iqtisadi resurslara çıxışı da bağlanmış olacaq: “Ona görə də İranın belə bir addım atması qeyri-mümkün görünür. İran hazırda ölkəsinin nüvə proqramı ətrafında məsələnin həll edilməsində konstuktiv yanaşma göstərir, amma Hörmüz boğazını bağlasa, bu regiondan əsas neft alıcıları olan Hindistana və Çinə böyük zərər yetirər, bu da, ən azından, Çinin İranın nüvə proqramı ilə bağlı məsələdə bu ölkəyə dəstəyini zəiflədəcək”.
Bundan başqa, ekspertin sözlərinə görə, İranın təhdidləri onun dünya ictimaiyyəti üçün təhlükə olması fikrini daha da möhkəmləndirəcək: “İranın xarici siyasətinin əsas göstəricilərindən biri praqmatizm və rasionalizmdir. Əsasən daxili auditoriya üçün nəzərdə tutulmuş ritorika ilə yanaşı İranın siyasətçiləri razılığa gəlməyə hazır olduqlarını hər zaman göstərirdilər. Buna əsaslanaraq, deyə bilərəm ki, İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar”.(report)