Tribuna İnformasiya Agentliyi

“İran hökuməti Urmiya gölünün qurumasına imkan verməyəcək“

07 Aprel

İranın Qərbi Azərbaycan vilayətindəki Urmiya gölünün qurumasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər davam edəcək

Bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri Urmiya gölünün qurumasının qarşısının alınması üçün həyata keçirilən işlərlə yerində tanış olduqdan sonra deyib. O bildirib ki, lazım gələrsə hökumət beynəlxalq maliyyə qurumlarından kredit cəlb edərək gölə digər mənbələrdən su yönəldəcək.
İ.Cihangiri əhalini əmin edib ki, İran hökuməti bütün imkanlardan istifadə edərək Urmiya gölünün qurumasına imkan verməyəcək.
Xatırladaq ki, Urmiya gölünə tökülən çayların quruması və havanın quraqlıq olması nəticəsində göldə quruma prosesi başlayıb. Son 5 ildə Urmiya gölünün suyunun 70 faizi quruyub.
İran hökuməti bu prosesin qarşısını almaq müxtəlif layihələr həyata keçirir.