Tribuna İnformasiya Agentliyi

İran “Boeing”i məhkəməyə verəcək

09 İyun

İran ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing” korporasiyasını beynəlxalq məhkəməyə verəcək.

TİA.AZ-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə İran İslam Şurası Məclisinin (parlamentin) deputatı Taki Kəribi bildirib:

“2016-cı ilin dekabrında “İran Air” şirkəti ilə “Boeing” korporasiyası arasında 80 təyyarənin alınması haqqında müqavilə imzalanıb. Bu gün isə korporasiya öhdəliyini yerinə yetirməkdən imtina edir.

Bu, beynəlxalq qanunları pozmaq deməkdir. Ona görə də İran beynəlxalq məhkəməyə müraciət edərək müqavilənin “Boeing” tərəfindən yerinə yetirilməsini tələb edəcək”.

Qeyd edək ki, “Boeing” korporasiyası ötən həftə bəyanat ilə çıxış edərək Vaşinqton administrasiyası tərəfindən İrana qarşı iqtisadi sanksiyaların bərpa olunması səbəbi ilə müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəyini bildirib. Bəyanatda bildirilib ki, “Boeing”in İrana təyyarə satması üçün lisenziyası yoxdur.