Tribuna İnformasiya Agentliyi

İran bankı Azərbaycanın iki bankını məhkəməyə verdi

12 May

İrana məxsus “Bank Melli İran”ın Bakı filialı Azərbaycanda fəaliyyət göstərən iki banka qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, filial lisenziyası ləğv edilən “Texnikabank” və “AtraBank”la bağlı iddia irəli sürüb. İran bankından daxil olan ərizədə qeyd edilib ki, hər iki bankın onlara borcu olub. Buna görə də bankların borcun əvəzi kimi girovda olan əmlaklarının təqdim olunması və bu yolla tutumanın yönəldilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını tələb edib.

Hər iki iddia üzrə ayrılıqda məhkəmə prossləri keçirilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır.