İRADƏ İBRAHİMOVANIN OĞLU MEDALLA TƏLTİF OLUNDUbackend

İRADƏ İBRAHİMOVANIN OĞLU MEDALLA TƏLTİF OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ Zəfərində şücaət göstərənlər Ali Baş Komandanımız tərəfindən təltif edilib. Onların arasında övladım da var. Oğlum da daxil, Vətənimin bütün şücaətli oğulları ilə QÜRUR duyuram!
Var olun Ali Baş Komandanımız! Bizləri bir daha qürurlandırdığınız üçün!!!”
TİA.AZ bildirir ki, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova facebook hesabında oğlunun da adının ölkə Prezidentinin Sərəncamı ilə təltif edilən Vətən Müharibəsi iştirakçıları arasında olmasından qürur duyduğunu bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı Sərəncamla Vətən Müharibəsində şücaət göstərən hərbçilər təltif ediliblər. İradə İbrahimovanın oğlu İbrahimov Tahir Etibar oğlu da “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.

TİA.AZ