access_time Dərc olunub: 22:11
Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərrac elan etdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. 

  Hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri yaşayış sahəsi, 1-i yarımçıq tikilidir. Hərracda iştirak edən əmlakların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq olar:http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1943Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida,toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Lənkəran, Astara, Şamaxı, Oğuz,Göygöl və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255.5 kv.m, torpaq sahəsi isə474.8 kv.m olan qeyri-yaşayış obyektinə təyin olunub. Adıçəkilən əmlak 312 minmanata təklif olunur. Səbayel rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 minmanat, Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat startqiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçikobyektləri sırasında Qoxmuq istirahət zonası, mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimiəmlaklar var.Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat,məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələrsırasında “Tərtər Konserv”, “Sumqayıt Kimya Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”,“Salyan Reproduktor Quşçuluq”, “Azərmetalinvest”, “Azinterservis” kimi müəssisələrvar.Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakıseçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir.Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadəkverilməlidir.Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda  prosesi izləyə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştiraketməyə dəvət edir.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort