access_time Dərc olunub: 16:38
Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkiledilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürdü. Göygöldəhəyata keçirilən layihə təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakıilə reallaşdırılır. Təlim iştirakçılarının smartfon təmiri, dərzilik və bərbərlikkurslarında iştirak etməsi nəzərdə tutulub. Bölgələrdə bir ilk olaraq həyatakeçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrədövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir. 

“Təlim məktəbi” layihəsi “Nar” tərəfindənreallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçünnəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində Göygöl və ətraf bölgələrdənolan 20-dən çox yerli sakinin iki həftə boyunca üç istiqamət üzrə peşə təlimialması nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin davamlı olaraq reallaşdırılmasıplanlaşdırılıb.  

“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda startgötürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. “Nar”-ıntəşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyətməhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcəkkaryeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiyaetdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzindəsaxlayaraq onların işlə təmin olunmasına yardımçı olurlar. Layihənin bölgələrdəhəyata keçirilməsinə Zaqatala rayonunda start verilib. 

Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosialməsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycanvətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır.Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfərünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyətgöstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyivə  bənzər təşəbbüslərə dəstəyi davametdirməyi nəzərdə tutur.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatınar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “NarMobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycandatelekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinəçevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsininçağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərininistifadəsinə verib. Mobil operator şəbəkəkeyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədəartımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar”şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq bazastansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmətgöstərir.  

TİA.AZ

Şərhlər